XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 16:02

Məşhur meyxanaçı Kərim reanimasiyaya aparıldı –Beyninə qan sızdı

 

Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb.

Bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu  Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı  Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir"