XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 16:35

Bakı rus turistlərin sevimli istirahət yerlərindəndir

Bakı rusiyalıların uşaqlarla birlikdə may bayramı günlərində istirahət etməyə üstünlük verdiyi populyar şəhərlər arasında ilk onluğa daxildir.

RoomGuru.ru otel axtarışı servisi may bayramı günlərində uşaqlarla birlikdə səyahət və istirahət üçün ən populyar turistik istiqamətləri müəyyən edib. Reytinq 2017-ci ilin 29 aprel – 10 may tarixlərində uşaqlarla birlikdə qalmaq üçün bron edilən otel və apartamentlərlə bağlı məlumatlara əsasən tərtib edilib.

TurStat agentliyinin məlumatına görə, 2017-ci ildə uşaqları ilə birlikdə xaricə səyahət edən rusiyalıların sayı ötən illə müqayisədə 10% artıb.

Bakı may bayramı günlərində uşaqlarla səfər etmək üçün seçilən şəhərlər arasında populyarlığına görə top-10-a daxildir. Praqa, Minsk, Vyana, Budapeşt, Tbilisi, Batumi, Bakı, Tallin, Yerevan və Vilnüs rusiyalıların may bayramı günlərində uşaqları ilə birlikdə səyahət və istirahət üçün seçdikləri populyar onluqdur.   RoomGuru.ru-nun məlumatına görə, Bakıda may bayramı günlərində uşaqlarla birlikdə qalmaq üçün otelləri orta hesabla 3,5 gecəyə bron edirlər və sutkaya 80 dollar sərf olunur.

RoomGuru.ru Rusiyanın HotelsCombined.com servisinin saytıdır. Bu sayt World Travel Awards-in məlumatına görə, son dörd ildə dünyanın ən yaxşı otel axtarış sistemi kimi qəbul edilir.