XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 09:52

Facebook-da qisas pornosunun qarşısı alınacaq –Yeni qayda

Facebook qisas pornoqrafiyasının yayılması əleyhinə yeni addımlarını elan edib.

Belə ki, icazəsiz internetə yükləndiyi güman edilən intim görüntülər müəyyən edilib yığışdırıldıqdan sonra onları yenidən yükləmək ya da paylaşmaq mümkün olmayacaq.

Bu qayda WhatsApp-dan başqa bütün platformalarda – Facebook, Messenger və İnstagram-da tətbiq olunacaq.

Yenilik kampaniya qrupları tərəfindən alqışla qarşılanıb: "Bu irəliyə doğru atılmış nəhəng addımdır", – Britaniyada qisas ponoqrafiyasının yayılması əleyhinə Revenge Porn Helpline qrupunun təsisçisi Laura Higgins deyib: "Ən böyük çətinliklərdən biri məzmunun yenidən yüklənməsinin qarşısını almaqdır".

Facebook mübahisəli məzmun barədə qərarını Report funksiyası vasitəsilə istifadəçilərdən daxil olan şikayətlər əsasında qəbul edəcək (BBC).