XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:12

Azərbaycanda neçə real işəgötürən var? –Ekspert rəyi

“Vergi ödəyicilərinin identifikasiya nömrələrinin sayı mövcud sahibkarlar haqda gerçəyi əks etdirmir, çünki onların çoxu fəaliyyətsizdir”.

Bu barədə iqtisadçı – ekspert Rövşən Ağayev bildirib.

Ekspert öz mövqeyini əsaslandırmaq üçün başqa statistika gətirir. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2016-cı ilin sonuna işəgötürən  qismində faktiki işləyən ödəyicilərin sayı təxminən 147 min olub. Başqa sözlə, vergi uçotunda olan sahbkar ödəyicilərin ən yaxşı halda 5-dən 1-i faktiki ödəyicidir.

Fondun başqa bir məlumatına görə, 2016-cı ilin 10 ayında 85 min fiziki şəxs ödəyici kimi uçota alınıb, 103 min nəfər fiziki şəxs isə fəaliyyətini dayandırıb. Hüquqi şəxslər üzrə dövlət reyestrinə isə 5517 subyekt daxil olub, 19550 subyekt isə fəaliyyətini dayandırmışdı – bağlanan müəssisələrin sayı açılanlardan 3.5 dəfə çox olub.

Vergilər Nazirliyi daktiki vergi ödəyiciləri barədə məlumat vermir.