XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 13:10

Yol polisi cərimə yazılan “Təcili yardım” maşını haqqında açıqlama verdi

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infark diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib.

Bu barədə azxeber.com-a adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü məlumat verib.

Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri apardıqları zaman radara düşüblər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib.

K.Əliyev qeyd edib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur:

“Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.

Sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib. Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.