XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 18:22

Azərbaycan Qərb Unversitetinə əcnəbi rektor təyin edilib

Qərb Universitetinə yeni rektor təyin olunub.

Bu barədə Teleqraf.com-a universitetdən məlumat verilib. Yeni rektor artıq fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək. O, Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan Andris Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.  Qeyd edək ki, Qərb Universiteti 1991-ci ildə təsis olunub.

2011-2012-ci illərdə isə universitetin rektoru Zemfira Məmmədova olub. Universitetdən verilən məlumata görə, Zemfira Məmmədova 2012-ci ildən sona rektor əvəz edicisi vəzifəsində çalışıb: “Universitetə yeni rektor təyin olunandan sonra Zemfira Məmmədova prorektor vəzifəsində çalışır”.