XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 14:17

Təhsil Nazirliyi:"Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır"

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, bu sahədə bir sıra yeniliklər də olacaq: “Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il daha çox namizəd sayı gözləyirik, çünki vakansiyaların sayı artıq olacaq”.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: “Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar".

C.Valehov əlavə edib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək:

“Yaxın zamanda təlimlərlə baģlı ictimaiyyətə məlumat veriləcək. Aprelin 1-dən bu günə qədər paytaxtdan əlavə, digər şəhər və rayonlar məktəblərində direktor olmaq istəyən 2000-dən çox namizəd elektron qeydiyyatdan keçib. Halbuki keçən il ümumi müraciətlərin sayı 3000 min idi. Proses davam etdiyindən bu il üçün müraciət edənlərin syında artım olacağını gözləyirik”.

Qafqazinfo.az