XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 15:21

Abid Şərifov səhhətindən danışdı:“Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”

Bu yaxınlarda səhhətinin qəfildən pisləşməsi ilə əlaqədar İsrailə müalicəyə gedən Azərbaycanın Baş nazirin müavini Abid Şərifov artıq Bakıya qayıdıb.

A.Şərifov “Ölkə.Az”-a açıqlamasında hazırda səhhətinin normal olduğunu bildirib: “Hazırda səhhətim normaldır, işimin başındayam. Səhhətimlə maraqlanan hər bir kəsə də minnətdaram”.

A.Şərifov mətbuatda onun haqqında yazılan məlumatları da şərh edib: “Mən Bakıya çoxdan gəlmişəm. Mən müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Bəyəm kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.