XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 19:51

83 mindən çox abituriyent ali məktəbə daxil olmaq üçün sənəd verib

Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 11-də başa çatacaq.

Abituriyentlər “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər.

Aprelin 10-na olan məlumata əsasən birinci-beşinci ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 83 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib.

Aprelin 11-i saat 23:59-dək elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.