XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 11:30

Gəncədə 2 min abonent fasiləsiz içməli su ilətəmin ediləcək

Gəncədə su-kanalizasiya xətlərinin yenilənməsi işləri sürətlə davam edir. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə şəhərin ayrı-ayrı yerlərində 4 su anbarı inşa olunub.

Azərtac xəbər verir ki, şəhərin Əziz Əliyev, Bəxtiyar Əliyev və digər küçələrində magistral su-kanalizasiya xətləri çəkilib, evlərə su sayğacları quraşdırılıb.

Evlərdə sınaq testləri başa çatdıqdan sonra sakinlər fasiləsiz olaraq içməli sudan və kanalizasiya xəttindən istifadə edə biləcəklər.

Hazırda Gülüstan qəsəbəsi və ətraf ərazilərdə yeni xətlər çəkilərək magistrala birləşdirilir. İşlərin bir həftəyə yekunlaşdırılması və su xətlərinin evlərə birləşdirilməsi nəzərdə tutulub. Görülən işlərin ilkin mərhələsində şəhərdə 2 min abonentin fasiləsiz olaraq içməli su ilə təminatı və çirkab su xəttindən istifadə imkanı yaxşılaşacaq.

May ayının sonuna kimi isə daha 400-ə yaxın abonent fasiləsiz içməli su ilə təmin ediləcək.