XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2017 - 18:24

Bakıda alman ayısı Baddiyə heykəl qoyuldu –FOTOLAR

Almaniyanın Azərbaycandakı səfirliyi bu gün rəngarəng "Baddi ayısı" heykəlinin İSR Plaza binasının qarşısında rəsmi açılış mərasimini keçirdi.

Mərasimi açan səfir Mixael Kindsqrab bildirdi ki, Berlinin simvolu sayılan “Baddi ayısı” iki ölkə arasındakı dostluğun rəmzi olacaq. Heykəlin İSR Plazanın binasının yaxınlığında yerləşdirilməsinə gəlincə, M.Kindsqrab, Almaniya səfirliyinin 2002-ci ildən İSR Plazada yerləşdiyini xatırlatdı: “Mənə sual verirlər ki, səfirliyiniz niyə xüsusi bir villada yerləşmir. Mən də cavab olaraq bildirirəm ki, İSR Plazanın yüksək mərtəbəsinin pəncərələrindən Bakının gözəl mənzərəsini, mavi Xəzər dənizini seyr etmək mümkündür. Əgər başqa bir yerdə bu gözəl mənzərəni görmək üçün məkan olarsa, biz ora köçə bilərik. Amma belə bir məkan olmadığından bizim üçün İSR Plazada qalmaq xoşdur”.

Xatırladaq ki, bu ayı hal-hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur.

Qeyd edək ki, 2015-ci ildə heykəli rəngləməklə bağlı müsabiqə təşkil edilmişdi. Müsabiqə səfirlik, Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasının birgə layihəsi idi. Müsabiqəyə 35 ədəd dizayn işi təqdim olunmuşdu. Səfir bildirdi ki, ayının heykəli Bakıya ağ şəkildə gəlib. Heykəl Münsiflər Heyəti tərəfindən seçilmiş rəssam Güllər Həşimova tərəfindən Almaniya və Azərbaycan mədəniyyətlərinə xas elementlər əsasında rənglənib.

 L.SƏMLA