XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2017 - 15:50

“Polisə dəstək” İctimai Birliyi Lənkəranda tədbir keçirdi –FOTOlar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Polisə dəstək“ ictimai birliyi insan alveri ilə mübarizə tədbirləri çərçivəsində “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda Lənkəranda tədbir keçirib.

Strateq.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) keçirilən tədbirdə ali məktəbin tələbə -müəllim heyəti və Lənkəran rayon polis şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədbiri dosent İdrak Əsgərov açaraq müasir dünyada insan alverini mütəşəkkil cinayətkarlığın ən ağır forması adlandırıb və mübarizə usulu kimi profilaktik tədbirlərin vacibliyini qeyd edib.

Mövzu barədə iştirakçılara “Polisə dəstək “ ictimai birliyinin sədri Şəmsəddin Əliyev geniş açıqlama verib. Məruzəçinin sözlərinə görə, DİN-in statistik məlumatlarında 2016-cı il ərzində 141 insan alveri faktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 29,4 % çoxdur: "Bununla bağlı 15 cinayətkar qrup zərərsizləşdirilib, 70 insan alveri qurbanına dövlət tərəfindən birdəfəlik müavinət verilib, 25 nəfəri işlə təmin edilib, 38 nəfəri peşə kurslarına  göndərilib".

İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini  vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını xüsusi vurğulayıb: "Bu tədbirlər şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən, sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək, hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır".

Mövzunu şərh edərkən konkret həyati faktlara istinad edən məruzəçi gəncləri və qadınları xüusən xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa, bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.