XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 10:14

Bakıda iki marşrut xətti üzrəavtobusların yolu dəyişdirilib

Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanına qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. 

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Dəyişikliyə əsasən, bu gündən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, AzNeft dairəsi ilə yolu ilə gedəcək. Avtobusların Bayıldan metronun "Azadlıq prospekti" stansiyası istiqamətində hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə AzNeft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.

Bu müddətdə 65 nömrəli marşrut xətti üzrə avtobuslar isə Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.