XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Aprel 2017 - 23:43

Tikinti materialları bazarında durğunluq:"Qiymət enib, alan yoxdur" (VİDEO)

tikinti.jpg

Sumqaytda tikinti materialları bazarında durğunluq yaşanır.

Strateq.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, materialların çeşidləri çox, qiyməti isə Bakıya nisbətən ucuz olsa da, bazar alıcı sarıdan sıxıntı yaşayır.

Gəncənin inşaat malları bazarında isə əksinə, qiymətlərin bahalaşması müşahidə edilir.

Əvvəllər havaların isinməsi ilə yerlərdə tikintilərə də start verilirdi. Bu da öz növbəsində inşaat materialları bazarında canlanma yaradırdı. Bu dəfə isə belə deyil. Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən ərazidəki inşaat matriallarının satış bazarında alıcıdan çox satıcılara rast gəlmək mümkündür.

Satıcılar deyirlər ki, alıcılığın az olmasını nəzərə alaraq, malları mümkün qədər ucuz təklif etməyə çalışırlar. Bu səbəbdən də son 3 ayda qiymət artımı olmayıb. Hazırda taxtanın kubu 280 manata təklif edilir.

Gəncənin inşaat malları bazarında isə qiymətlərin bahalaşması müşahidə edilir. Qiymət artımı həm xaricdən gətirilən, həm də yerli istehsalda özünü göstərir.

Qiymətlərdə müşahidə olunan artım məhsullardan asılı olaraq 20-30 faiz arasında dəyişir.