XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 10:39

Bakıda “Mehriban qonşular” küçəsində yaşayan qadınlar arasında dava düşüb

 Bakıda qonşular arasında əlbəyaxa dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, "Mehriban qonşular" küçəsində qeydə alınıb. Belə ki, iki qonşu qadın arasında əlbəyaxa dava düşüb. Nəticədə 1971-ci il təvəllüdlü Mirzəyeva Alidə Fərəməz qızı qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

A.Mirzəyeva polisə izahatında bildirib ki, kanalzasiya xəttinin onların həyətyanı sahəsinə axıdılması səbəbindən mübahisə baş verib, mübahisə sonda əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.