XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 14:15

Sabaha olan hava proqnozu açıqlandı

Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti bildirir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.