XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 15:01

DİN neftçilərə səyyar xidmət göstərib

Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2015-ci ilin mart ayı ərzində Bakı şəhərinin və ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ RPİ, Pirallahı RPŞ-nin, həmçinin Şabran, Sabirabad, Qobustan və Hacıqabul RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutmuş analoji tədbirlərlə adları çəkilən bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-büluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.

Paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.