XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 13:38

İlin birinci rübündə narkotiklərlə mübarizə sahəsində910 cinayət faktı aşkarlanıb

Cari ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. Onlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri təşkil edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Azərtac-a bildiriblər ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kiloqram 780,336 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Bu ilin üç ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair Dövlət Komissiyasının məlumatında deyilir ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 258 kiloqram 46,736 qramını marixuana (78,5 faiz), 50 kiloqram 854,54 qramını tiryək (15,5 faiz), 18 kiloqram 451,96 qramını heroin (5,6 faiz), 983,3 qramını həşiş (0,3 faiz), 9,8 qramını digərləri və 434 qramını isə psixotrop maddələr (0,1 faiz) (1517 ədəd həb) təşkil edib.

Cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, həmin şəxslərdən birinin yaşı 18-dən az, doqquzu qadın, yeddisi isə xarici ölkə vətəndaşlarıdır. Əcnəbilərdən biri İran, üçü Gürcüstan, üçün isə Rusiya vətəndaşları olub.