XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 13:56

“Azercell”də təcrübə keçmək istəyən tələbələr üçündaha bir imkan

“Azercell Telekom” MMC aprelin 21-dən etibarən şirkətin Texnologiyalar Departamentində təcrübə keçmək istəyən gənclər üçün “Tələbə Təcrübə Proqramı”nı elan edir.

Şirkətdən verilən məlumata görə, qaydalara əsasən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr 2017-ci ilin 1 may tarixinə qədər “Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün https://www.azercell.com/az/company/career/vacancies/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, “Tələbə Təcrübə Proqramı” tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar.

Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir.

Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.