XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2017 - 11:49

Güclü külək şimal bölgəsində məktəb binasının və evlərin damını uçurub

Bu gün səhər saatlarında güclü gülək şimal bölgəsində bir sıra fəsadlar törədib.

 Quba rayonunun Qonaqkənd kəndində 2, Rustov kəndində 2, Nügədi Qazmalar kəndində 1, Cimi kəndində 1 yaşayış evinin və məktəb binasının damı uçub. Güclü külək Şabran və Siyəzən rayonlarında bir yaşayış evinin damını aşırıb.

 Siyəzəndə yerləşən kondensator zavodunun da damı uçub. Qusar rayonunda külək yardımçı tikililərə və elektrik təsərrüfatına ziyan vurub. Elektrik dirəkləri aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xaçmazda isə külək bəzi ərazilərdə ağacları aşırıb, elektrik xətlərinə ziyan vurub.  Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.