XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 12:22

Bakının 3 küçəsində hərəkət məhdudlaşdırılacaq

Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən  verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.

Rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.