XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 14:36

Fələstinin Azərbaycandakı səfiri:“Turistlər gəzmək üçün sabit və gözəl şəhərlər axtarırlar”

“Bakıda keçirilən şopinq festivalı Azərbaycana bir çox mənada səmərə gətirəcək”.

Bu sözləri www.bakushopfest.com saytına müsahibəsində Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Onun fikrincə, bu festival sayəsində Azərbaycanda beynəlxalq brendlər arasında rəqabət daha da güclənəcək. Eyni zamanda, yerli və xarici alıcıların Azərbaycandakı ticarət mərkəzləri və mağazalara marağı artacaq. Festivalın ənənəvi olaraq, hər il keçiriləcəyini nəzərə alsaq,  əminliklə demək olar ki, bu alıcılar Azərbaycandakı mağazaların daimi müştərilərinə çevriləcəklər.

Nasir Əbdül Kərim hesab edir ki, turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır: “Nəzərə alsaq ki, turistlər gəzmək üçün daim sabit və gözəl şəhərlər axtarırlar, Bakı misilsizdir. Şopinq festivalı Azərbaycana daha çox turist cəlb etməklə yanaşı, bu sahədə xidmətlərin keyfiyyətini də yüksəldəcək. Ölkə iqtisadiyyatına ciddi səmərə verən belə bir addımı yalnız alqışlamaq olar”.