XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2017 - 17:26

Dağıstanda məktəbdə qumbara partlayıb –Bir şagird ölüb, on biri yaralanıb

Dağıstanda orta məktəblərin birində partlayış baş verib.

 “RİA Novosti”nin verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.

 Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub. "Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib. Nəticədə sinifdə partlayış baş verib”, – deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.