XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 18:42

Bakıda Türkiyə universitetlərinintəhsil sərgisi keçiriləcək

Aprelin 29-30-da Türkiyə universitetlərinin və yataqxanalarının iştirakı ilə Bakıda növbəti təhsil sərgisi keçiriləcək. 

"Report" xəbər verir ki, tədbir Azərbaycan “Təhsil” Cəmiyyəti Qeyri-Hökümət Təşkilatı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Hilton” otelində təşkil olunacaq. 

Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və digər məsələlər, həmçinin bu universitetlərin pulsuz və təqaüdlü təhsil imkanları haqqında geniş məlumat veriləcək.

Tədbirdə Türkiyənin 20-dən artıq dövlət və özəl universitetləri – Bilkent Universiteti, Beykent Universiteti, Doğuş Universiteti, İstanbul Aydın Universiteti, Bahçeşehir Universiteti, Sabancı Universiteti, İstanbul Bilgi Universiteti, TED Universiteti, İstanbul Kemerburgaz Universiteti, İğdır Universiteti, Üsküdar Universiteti, İstanbul Şehir Universiteti, İstinye Universiteti, Artvin Çoruh Universiteti, Fatih Sultan Mehmet Universiteti və s. iştirak edəcək. Onlardan bir çoxu yeni dərs ilində azərbaycanlı tələbələr üçün endirimli qiymətlərini təqdim edəcəklər. 

Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulub. Sərgiyə giriş ödənişsizdir. Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün akademi.az müraciət olunmalıdır.

Qeyd edək ki, sərginin informasiya dəstəkçisi "Report" agentliyidir.