XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 17:27

“Botaş International Limited” şirkətinin rəhbərliyi BANM-də –Elmar Qasımov daha bir şirkət rəhbəriylə görüşdü

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyənin Botaş International Limited (“BIL”) şirkətinin prezidenti Erdoğan Tozan və Maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirilib. 

BANM-dən Strateq.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın "Botaş" tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcək.

Şirkətin baş direktoru Erdoğan Tozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğulayıb və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirib.

Qeyd edək ki, Botaş International Limited şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.