XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 20:05

Abid Şərifov:“Sözün düzü, danışmağı elə də çox sevmirəm”

Sözün düzü, danışmağı elə də çox sevmirəm. Bir az isteshalatdan gələn adam kimi konkret iş tərəfdarıyam”.

“Report” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib: “Ola bilsin bəziləri mənimlə razı olmadı. Əvvəlcədən belə olub ki, lap keçmişdən vəzifə ilə əlaqədar az hallarda televiziyaya çıxmışam. Xüsusi hallarda insanları məlumatlandırmaq üçün efirə çıxıram. Təki Allah bu halları az etsin. Əvvəl zəlzələ və qəzalı vaxtlarda adətən çıxıb danışırdım”, – deyə baş nazirin müavini mətbuata çox çıxmamasını əsaslandırarkən deyib.

O bildirib ki, indi Azərbaycanda sabitlik və sakitlikdir: “Ona görə də danışılan məsələlər bəs edir. Eyni zamanda, bu gün televiziya, qəzet və radioya çıxmaq üçün təəsüf ki, az imkan var”.