XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2017 - 13:12

Bakıda Türkiyə universitetlərinintəhsil sərgisi açılıb

Aprelin 29-da “Hilton Baku” otelində “Təhsil” Cəmiyyətinin və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyə universitetlərinin növbəti təhsil sərgisi açılıb.

Azərtac xəbər verir ki, sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilib. Tələbələr, həmçinin bu universitetlərin pulsuz və təqaüdlü təhsil imkanları barədə məlumatlandırılıblar.

“Akademi Group” şirkətinin rəhbəri Murad Ağalarov 2012-ci ildən keçirilən sərginin artıq ənənəvi hal aldığını söyləyib. Bildirilib ki, azərbaycanlı gənclərin böyük həvəslə iştirak etdikləri sərgi ildə üç dəfə təşkil olunur. Sərgidə Türkiyənin 20-dən çox dövlət və özəl universiteti öz stendi ilə təmsil olunur. İştirakçı universitetlərdən bir çoxu yeni dərs ilində azərbaycanlı tələbələr üçün güzəştlər və yeni təqaüd proqramları təqdim edirlər. Türkiyə universitetlərinin nümayəndələri təmsil etdikləri ali məktəblər, onların fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumatlar verirlər.

Aprelin 30-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.