XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 09:08

Sanitar normaya cavab verməyən 11 obyekt bağlanıb: 29 sahibkar cərimələnib –NAZİRLİK

sehiyye naz.jpg

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla yanaşı, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulu nümunələri laboratoriya da yoxlanılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənaraçıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən götürülən 885 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Sentyabr ayı ərzində əhali arasında baş verən 39 qida zəhərlənməsi hadisəsindən 66 nəfər zərər çəkib. Həmçinin 2 botulizm hadisəsi baş verib, 2 zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.