XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 13:10

İş axtaranların diqqətinə: Nazirlik yeni iş yerləri təklif edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları davam etdirilir.

Bu barədə Strateq.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, növbəti əmək yarmarkasının noyabrın 6-da Mingəçevir şəhərində keçirilməsi planlaşdırılır:

“İlkin məlumata əsasən, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq”.