XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2017 - 12:22

Komitə sədrinin müavini:"Məişət zorakılığının qurbanları daha çox qadınlar və uşaqlardır”

“Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da məişət zorakılığının qurbanları daha çox qadınlar və uşaqlardır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, bu gün məişət zorakılığı hər bir dövlətin problemidir: “Mentalitetə zidd olsa da, təəssüflər olsun ki, belə hallar qeydə alınır. Qurbanların müdafiəsi, onların hüquqi təminatı və digər problemlərin həlli istiqamətində qanunvericilik bazası var”.

Bir neçə il öncə ölkədə məişət zorakılığının qarşısının alınması üçün qanunun qəbul edildiyini xatırladan sədr müavini vurğulayıb ki, komitə tərəfindən hazırlanan bu sənəd cəmiyyətdə məişət zorakılığı probleminin qarşısını alınması istiqamətində məsələləri tənzimləyir:

“Rəqəmlərə baxdıqda gündən-günə məişət zorakılığı aktlarının azaldığını görürük. Təbii ki, bu statistik rəqəmlərdir. Hər birimiz bilirik ki, reallıqda daha artıq faktlar mövcuddur. Bəzən məişət zorakılığı baş versə də, bu, ailə daxilində qalır və kənara çıxmır. Siyasətimizin də əsas məqsəd odur ki, ailədə, münasibətlərdə  baş verən problemləri əvvəlcədən aşkarlayaq və çox ağır vəziyyətə düşmədən həll edə bilək. Buna görə də komitənin təşəbbüsü ilə hər bir rayonda, regionda icra hakimiyyətlərinin nəzdində monitorinq qrupları yaradılıb. Risk qrupundan olan, münaqişəli ailələrdə müəyyən işlər aparılır, mütəmadi nəzarət edilir”.

APA