XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 12:10

Bakı bu ölkənin turistləri üçün 5 ənpopulyar şəhərdən biridir

"TurStat" analitik agentliyi rusiyalı turistlər arasında May bayramı günlərində səyahət üçün ən populyar olan MDB şəhərlərini müəyyən edib.

Trend xəbər verir ki, reytinq hotellərin onlayn bronlaşdırılması sisteminin məlumatlarının təhlili əsasında hazırlanıb.

Bakı, Minsk, Tbilisi, Astana və Almatı reytinqdə ilk beşlikdə qərarlaşıblar.

"TurStat"ın məlumatına əsasən, rusiyalı turistlər Bakıya orta hesabla 3,5 günlük gəlir və hotellərdə qalmağa görə sutkalıq 60 dollar ödəyirlər.