XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 12:43

DTX -nın rəisi Mədət Quliyevin bu şəkilləri  böyük marağa səbəb oldu –FOTO  

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general Mədət Quliyevin peşəkar idmançı olduğu məlumdur.

Sosial şəbəkədə DTX sədrinin idman hərəkətlərini və yoqa sistemini yerinə yetirərkən çəkilmiş fotoları böyük rezonans doğurub. Şəbəkə üzvləri generalın idman çevikliyini dəstəkləyib.

Gəncliyindən aktiv idmanla məşğul olan M. Quliyev 18-22 yaşlarında Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRİ yarışlarında çempion olub. 160-dan artıq fəxri fərmanla və mükafatlarla təltif olunub. 21 yaşında isə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə “qara kəmər” alıb.

Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub.