Özbəkistanın paytaxtı Daşkənddən 258 kilometr məsafədə, Tacikistan ərazisində yeni yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ mayın 5-də yerli vaxtla saat 10:10-da baş verib. Episentrdə zəlzələnin maqnitudası 6,1 bal təşkil edib. Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yeraltı təkanlar ölkə ərazisində 2-3,5 bal gücündə hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə heç bir informasiya verilmir.
Qazaxıstanın Təhsil və Elm Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası isə zəlzələnin bu ölkənin cənubunda 3 bala qədər hiss olunduğunu bildirib.
Xatırladaq ki, dünən regionda 5,2, və 5 bal, bu gün səhər saatlarında 5,9 bal gücündə yeraltı təkanlar olub.