XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2017 - 12:03

Bu gündən rayon avtomobillərinin Bakıya girişinə qadağa qoyuldu

Bu gündən mayın 25-nə kimi bölgə dövlət nömrə nişanlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılır.

 Bu barədə Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

 O bildirib ki, rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq:  “Sürücülər avtomobillərini Bakının şimal və cənub girişlərində yaradılacaq xüsusi dayanacaqlarda saxlayaraq başqa nəqliyyat vasitəsindən istifadə edə biləcəklər”.  Vaqif Əsədov islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib. (BakiPost)