XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 20:11

Nazirlikdə islahat: yaşlı kadrlar işdən çıxarıldı – SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 19 əməkdaşı yaş həddinə görə işdən azad olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev ANS-ə bildirib ki, həmin şəxslərin yaşları 65 olduqlarına görə işdən azad ediliblər:

“Nazirlik əmək qanunvericiliyinin tələblərinə həmişə ciddi formada əməl edir. Bildiyiniz kimi, əmək məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz”.

Elman Babayev onu da əlavə edib ki, artıq çıxarılan şəxslərin yeni nümayəndələr də təyin olunub.