XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 12:19

Ölkədə talassemiyalı xəstələrin 2/3-si uşaqlardır –Mərkəz direktorundan açıqlama

Hazırda Respublika Talassemiya Mərkəzində 2959 xəstə dispanser qeydiyyatındadır.

Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov 8 may – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

C.Məmmədov bildirib ki, talassemiyalı xəstələrin 2/3-si uşaqdır: "Talassemiya diaqnozu uşaqlara kiçik yaşlarından qoyulur. Belə uşaqlarda anadan olandan qısa müddət sonra anemiyanın ağır forması müşahidə edilir. Onlara dəqiq diaqnozu 1 yaşdan sonra qoymaq mümkün olur".

Mərkəz direktoru qeyd edib ki, Azərbaycanın bütün bölgələrində irsi xəstəlik olan talassemiyalı xəstə var. Lakin belə xəstələr Ağdaş, Göyçay, Şəki, Qəbələdə və cənub zonasında daha çoxdur.

C.Məmmədov deyib ki, 2017-ci ilin 3 ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan ilkin müraciət etmiş 603 nəfərdən 72-si dispanser qeydiyyatına alınıb. Mərkəzin Hemotologiya şöbəsində bu ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb.