XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 12:59

Qadının yaşını onun istifadə etdiyi ətirə görə müəyyən etmək mümkündür –Elmi araşdırma

Amerika və Yapon tədqiqatçıları kişilərin qadınların yaşını onların istifadə etdikləri ətirlərin iyinə görə müəyyənləşdirdiklərini sübüt ediblər. Alimlərin fikrincə qadının yaşı artdıqca o, daha “ağır” və “gül” qoxulu ətirlərə üstünlük verir.

AZƏRTAC Ren.tv saytına istinadla xəbər verir ki, tədqiqatçılar qadınların üstünlük verdikləri ətirlər və kişilərin iybilmə qabiliyyətini öyrənmək üçün müstəqil araşdırmalar aparıblar. Tədqiqatlarda könüllü qadınlara özlərinə uyğun olduğunu düşündükləri, ot, meyvə, vanil və ya gül qoxulu ətri seçmək təklif olunub. Könüllü kişilər isə özlərini görmədən seçdikləri qoxuya əsasən bu qadınların yaşın ehtimal etməyə çalışıblar. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, kişilər qoxulara görə qadının yaşını asanlıqla təxmin edə biliblər. Belə ki, cavan qızlar incə, meyvə qoxulu, yaşlı qadınlar isə şirin, daha ağır və gül qoxulu ətirlərə üstünlük verirlər.

Alimlərin fikrincə bu onu sübut edir ki, qadınların şüuraltı “güclü” qoxulardan istifadə edərək yaşla əlaqədar dəridə baş verən dəyişiklikləri gizlətməyə çalışır.