XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2017 - 16:19

Dağlıq yerlərdə yaşayan əhalimizin sayı azalır –Mingəçevir, Gəncədə demoqrafik vəziyyətdə niyə problem yaranıb?

 “Son illər paytaxt Bakıya axın davam edir və əhalinin artımı getdikcə çoxalır. Əhalinin artımı həm miqrasiya, həm də özünün artımı hesabına qeydə alınır”.

 Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov deyib.

 Onun sözlərinə görə, artım qeydiyyatda olmayan, müvəqqəti iş üçün gələnlər və digərləri hesabına qeydə alınır. Əvvəllər Bakıda yalnız qeydiyyata düşəndən sonra işlə təmin olunmağın mümkün olduğunu deyən N.Əyyubov qeyd edib ki, hazırda bu məhdudiyyət yoxdur: “Nəticədə paytaxtda əhalinin sayı artıb. Bakıdan əlavə digər böyük şəhərlərdə – Mingəçevir, Gəncədə müəyyən sənaye parkları, əmək tutumlu sahələr yaradılsa da, əhalinin demoqrafik potensialının saxlanmasına nail olunmayıb”.

 Şöbə müdiri əlavə edib ki, ümumi ölkə üzrə hündürlük qurşaqlarında yüksək dağlıq ərazilərdə yaşayan əhalinin sayı getdikcə azalır, düzən, dağətəyi ərazilərdə daha da artır. Onun sözlərinə görə, əhalinin artımı dağətəyi, düzən və dəniz sahili rayonlarda – Abşeron, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığında daha çoxdur: “Şəki və Zaqatalada da dağətəyi hissədə əhalinin əsas məskunlaşması, artım tempi daha da yüksəlib. Əhalinin zəif məskunlaşdığı regionlarda isə əksinə azalma prosesi gedir”. (APA)