XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 19:19

Prokurorluq Xaçmazda tapılan kütləvi məzarlıqda araşdırmalara başlayıb

Xaçmaz rayonunda tapılan kütləvi məzarlıqla bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Xaçmaz Rayon Prokurorluğundan bildirilib.

Rayonunun Müqtədir qəsəbəsi ərazisndə tapılan kütləvi məzarlığa Xaçmaz Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz Rayon Şöbəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin rəsmiləri tərəfindən baxış keçirilib. Ərazidə tapılan insan sümüklərindən DNT analizinə göndərilməsi və müxtəlif ekspertizalar təyin edilməsi üçün nümunələr götürülüb.

Prokurorluqdan bildirilib ki,  götürülən nümunələrdən təyin ediləcək ekspertizalar zamanı sümüklərin hansı dövrə aid olması və insanların hansı xəsarətlər nəticəsində ölmələri müəyyən ediləcək.