“Ölkədə əlillərin sayının artması daim hamını narahat edir. Səhiyyə işçilərinin bununla bağlı doldurduğu “Forma 088”-də problemlər var idi”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, nazirlikdə bu məsələ yanvar ayında müzakirə olundu: “Bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olundu. Səhiyyə Nazirliyinin kollegiya iclasında tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Hesab edirik ki, bu öz bəhrəsini verəcək”.