XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 10:31

Bakıda SOCAR-ın işçisi özünü 16-cı mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

 Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Telnov küçəsi ev 2347/48, mənzil 918 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Elgün Xalid oğlu Əsədov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

 Polisdən həmçinin bildirilib ki, E. Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib.  Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.