XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 08:53

Bakıda 14 dərəcə isti, rayonlarda qar – HAVA PROQNOZU

 

HAVA QAR.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozunu açıqlayıb.

Departamentdən “Report”a bildirilib ki, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.