XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 09:15

Yaponiyada internetdən niyə qorxurlar? Gündoğar ölkədə kassetli maqnitafon və faks hələ dəbədədir

 

yapon muhaf.jpg

Yaponiya sənaye innovasiyalarının ön sırasında addımlayan bir ölkə kimi tanınır. Lakin bu ölkənin idarələrində istifadə olunan texnologiyalar Yaponiyanın texnologiyalar sahəsində dünyada qazandığı nüfuzu ilə düz gəlmir.

Strateq.az bildirir ki, BBC radiosu bununla bağlı maraqlı reportaj hazırlayıb.

Reportajda deyilir ki, Yaponiyada indiyidək robotların görməli olduğu işi insanlar görür – işıqforun yerinə yol polisi əməkdaşı işləyir, ofis kompüterlərində isə yaşı 10 ili keçmiş proqram təminatından hələ də istifadə olunur. Mağazalarda indiyədək faks və kasset maqnitofonlarına rast gəlmək olar, hətta Sony kimi nəhəng şirkət də indinin özündə faks maşınlardan istifadə edir.

“Yaponiya şirkətləri informasiya texnologiyalarının tətbiqi baxımından xarici rəqiblərindən 5-10 il geri qalır”,- deyə kompüter sistemləri sahəsində ixtisaslaşan “Starfighter” şirkətinin başçısı Patrik McKenzi deyir.

Əllə yazılan faks

Yaponiyadakı dükanlarda ödənişi mobil telefon vasitəsilə etmək mümkün olsa da, şirkətlərdə bu üsüldan istifadə edənlərə, Skype və ya Dropbox proqramlarını işlədənə rast gəlmək, demək olar ki, mümkün deyil. Bununla belə, Yaponiya dünyada ən geniş inkişaf etmiş internet infrastrukturuna malikdir.

Tokiodakı “Interarrows” İT şirkətinin prezidenti Jodzsi Otokozava bu cür vəziyyətin səbəbini ölkədə xırda biznesin həcm etibarı ilə iri korporativ biznesi xeyli üstələməsində görür.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye nazirliyinin məlumatına əsasən, ölkədə qeydiyyatdan keçmiş 4,2 milyonadək şirkətdən 99,7 faizi xırda və orta biznesə aiddir.

“İndiyədək bizə məktublar poçt vasitəsilə gəlir, əllə yazılmış fakslar göndərilir, partnyorlarımız hətta Word proqramından istifadə edə bilmirlər”, – deyə Jodzsi Otokozava deyir.

 

yapon internet.jpg

Bürokratiya

Amma, hətta iri biznes də yeni İT tətbiqi baxımından çox vaxt öndə addımlaya bilmir.

Yaponiya iri şirkətlərindən birində işləyən anonim əməkdaş tvitində bildirib ki, onların işdə istifadə etdikləri elektron poçtu 1997-ci ildən qalma proqram əsasında fəaliyyət göstərir.

“Serverdə bizə ayrılan yer o dərəcədə azdır kı, hər ay elektron poçt qutumuzu əməlli-başlı təmizləməli oluruq”, əməkdaş BBC-ə deyib. İri faylların ötürülməsi üçün rəhbərlik CD-romlardan istifadə etməyi işçilərə məsləhət görür. “Problemlərdən qorunmaq üçün rəhbərlik sadəcə kompüter təminatı sahəsində innovasiyaların tətbiqinə qadağa qoyub”, anonim əməkdaş bildirib.

“Rəhmsiz mühafizəkarlıq”

“Yaponiya mədəniyyətlərarası konsaltinq şirkətinin” rəhbəri Roşel  Kopp hesab edir ki ölkəni bürümüş istehsal böhranının kökündə məhz İT-innovasiyalarına mənfi münasibət durur. “Yaponiyanın, analoq prinsipinə söykənən İT sistemlərindən rəqəmsal aləmə daxil olmaq arzusunda olmaması ölkədə istehsal məhsuldarlğına mənfi təsir göstərir”.

Kopp qeyd edir ki, haker hücumlarından, elektron məlumatların itə bilməsindən və bu kimi risklərdən qorxuya görə, Yaponiya İT sənayesi amansız mühafizəkarlığa üstünlük verməkdədir.

Nəticədə, işçilərin uzun iş saatları və qısa məzuniyyətlərinə baxmayaraq, Yaponiyanın qeyri-istehsal sahəsində əmək məhsuldarlığı İqtisadi əməkdaşlı təşkilatına üzv ölkələrdəki göstəricilərdən geri qalır, ABŞ-dakı göstəricidən isə 2 dəfə azdır.

kaset yapon.jpg

Robot əvəzinə insan

Kompüter əvəzinə insan əməyindən istifadə etmək mümkün olan sahələrdə Yaponiya şirkətləri innovasiyalar tətbiq etməyə tələsmirlər. Görünür, məhz bu cür yanaşma sayəsində Yaponiyada işsizlik rekord dərəcədə aşağı səviyyədə – 3.4 faiz olaraq qalmaqdadır. Getdikcə daha çox intellektual kapital iqtisadiyyatına keçməyə səy göstərən müasir dünyada, aydındır kı, süni intellektin, robotların və iş yerlərinin kömpüterləşdirilməsi tendensiyasının qarşısını almaq çətindir.

Lakin, Yaponiyanın korporativ icması da, göründüyü kimi, mövqelərini təslim etməyə tələsmir.