XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2017 - 12:48

Sabah üçün hava proqnozu açıqlandı:Bakıda 24 dərəcə isti, rayonlarda yağış və dolu...

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti,

Bakıda gecə  12-14° isti, gündüz  21-23° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  766 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

  Tibbi-meteoroloji proqnoz

Mayın 13-14-də Abşeron yarımadasında kompfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

 Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.  Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.