XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 11:10

Səfirlik rəssamları “alman ayısı”nı rəngləməyə dəvət edir – Müsabiqə

baddi.jpg

 

 “7 dekabr tarixinə qədər Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rəssamlıq Akademiyasının tələbələri Almaniya və Azərbaycan mədəniyyətlərinə xas elementlər əsasında “Baddi ayısı”nın rənglənməsi üçün təkliflərini təqdim edə bilərlər”.

Almaniyanın ölkəmizdəki səfriliyindən Strateq.az –a verilən məlumatda deyilir ki, bu ayı Berlinin simvoludur və hal-hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur. Heykəli rəngləyəcək rəssam münsiflər heyəti təfərindən seçiləcək və rənglənmiş heykəl İSR Plazanın binası yaxınlığında yerləşdirləcək.  Müsabiqə səfirlik, Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasının birgə layihəsidir. 5 noyabr tarixində start götürən layihə 7 dekabradək davam edəcək.

Müsabiqə başa çatdıqdan sonra seçim komissiyası (səfirlik, hər iki ali məktəbin rektorları və Mədəniyyət və Turizm Nazirliyi) ən yaxşı “Baddi ayısı” təklifini seçəcək və yalnız bir nəfər qalib olacaq. Mükafatlandırma və bütün təqdim edilmiş layihələrin sərgisi yanvar ayının sonunda Kapelhausda təşkil olunacaq.

Məlumatda deyilir ki, qalib öz layihəsi əsasında “Baddi ayısının” orijinalını rəngləmək imkanı əldə edəcək və Almaniya səfirliyi boyalarla əlaqədar yaranan bütün xərcləri ğz üzərinə götürür. Ayının rənglənməsi Rəssamlıq Akademiyasında keçiriləcək. “Baddi ayısını” rəngləyən rəssamın adı postamentə vurulacaq lövhədə göstəriləcək.

Strateq.az