XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 10:58

Мeşə və qeyri-meşə torpaqlarınınicarə müddəti artırılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na dəyişiklik edib.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nın 3-cü hissəsinə dəyişiklik edilib.

Belə ki, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında artıq bir ildən qırx doqquz ilədək verilə bilər.