XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 12:39

“Jurnalist Evi” Bayraq Gününü belə qeyd etdi – FOTO

jurna bayraq.jpg

9 noyabr Dövlət Bayrağı günü Jurnalistlərin binasının sakinləri tərəfindən maraqlı şəkildə qeyd olunub. Belə ki,  17 mərtəbəli binanın bütün eyvanlarını Azərbaycan bayrağı bəzəyib.

Aksiyanın təşkilatçısı Türkiyənin Afro-Avrasiya Jurnalistlər Dərnəyinin Qafqaz Təmsilçilyi və “Büyükfırat” şirkətidir.

Bu barədə məlumat verən Afro-Avrasiya Jurnalistlər Dərnəyinin Qafqaz Təmsilçilyinin rəhbəri Aqil Ələsgər bildirib ki, “Bu barədə təşəbbüs hörmətli dostumuz, həmin binanın sakini, İctimai Televiziyanın Səhər proqramları departamentinin direktoru Rauf Rəcəbovdan gəldi. Qardaş ölkə Türkiyədə olduğu kimi bizim də önəmli günlərdə binalarımızın bayrağımızla bəzədilməsi ənənəsinin yayılması üçün bu təşəbbüsü dəstəklədik. Bu gün bayramlarda bir çox vətənpərvər insan evlərinin eyvanlarından bayrağımızı asır. Ancaq biz ilk dəfə bütün binanın bayrağımızla bəzədilməsinə nail olduq”.

A.Ələsgər qeyd edib ki, bu təşəbbüsün reallaşmasına “Büyükfırat” şirkəti dəstək verib: “Qeyd edim ki, bu şirkətə bağlı restoranlarda bütün jurnalistlərə 15-20 faiz endirim var”.

Xatırladaq ki, Afro-Avrasiya Jurnalistlər Dərnəyi Türkiyənin ilk beynəlxalq jurnalist təşkilatıdır. 2008-ci ildə Avrasiya Jurnalistlər Dərnəyi olaraq, fəaliyyətə başlayan təşkilat 2015-ci ildə fəaliyyətini genişlədərək, Afrikada da öz fəaliyyətini qurub.

Tədbirə Yenicag.az, Aktual.az və Hocalıhaber.com saytları başda olmaqla, bütün aparıcı media qurumları dəstəyi verib.