XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 09:08

Narkomafiyanın üzvləri jurnalistlərə hücum edib

Meksikada narkocinayətkarlıq haqqında material hazırlayal bir qrup jurnalist narkokartelin hücumuna məruz qalıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insident Meksikanın Herrero ştatında baş verib.

Məlumata əsasən, 7 yerli və xarici jurnalistlər yol ilə hərəkət edərkən onları "La Familia" narkokartelinin üzvləri saxlayıb və hədələyiblər. Jurnalistlərin heç biri ciddi xəsarət almayıb.

Qeyd edək ki, Herrero və Miçoakan ştatları Meksikanın ən təhlükəli ştatları sayılırlar. Bu ştatlar ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda mübarizə aparırlar.