XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 09:16

Novxanıda 19 yaşlı gənc özünü asdı –INTIHAR

Abşeronda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Elvin Elçin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. E.Quliyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.