XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 09:55

Paytaxtda gecə 2 avtomobil yanıb

Bakıda gecə 2 minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda "Kia" markalı, minik avtomobilinin mühərrik hissəsi, 1 ədəd təkəri və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə “Range Rover” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.